Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti Corc Herbert Uoker Buşa başsağlığı məktubu yollayıb.

Leqal.info "Qafqazinfo"ya istinadən xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,

Həyat yoldaşınız xanım Barbara Buşun vəfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".