Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, rəsmi səfər iyunun 24-25-də baş tutacaq.

Rusiya nümayəndə heyətinin tərkibində Dağıstan parlamentinin sədri Xızrı Şıxsəidov da yer alacaq.

Səfər zamanı Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf məsələləri nəzərdən keçiriləcək.