Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfərə gəlib.

Leqal.info Milli.Az -a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Zaqreb şəhərinin "Franyo Tucman" aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

"Franyo Tucman" aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevi Xorvatiya Prezidenti ofisinin rəhbəri xanım Anamariya Kiriniç və digər rəsmi şəxslər qarşıladılar.