Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Leqal.info “Report”-a istinadən xəbər verir ki, dövlət başçısı müdafiə nazirini Səudiyyə Ərəbistanının Krallıq elan edilməsi günü münasibətilə təbrik edib.

"Ölkənizin milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza daim sülh və firavanlıq arzulayıram", - deyə Prezident bildirib.