Azərbaycanın Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında anlaşma memorandumu imzalanıb.

Leqal.info "Report"-a istinadən xəbər verir ki, sənədə Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev qol çəkib.

Memorandum Müdafiə Sənayesi Nazirliyinin Müdafiə Nazirliyini yeni rabitə vasitələri ilə təchizatını nəzərdə tutur.