"Rusiya Azərbaycan hökuməti və ictimaiyyəti tərəfindən rus dilinə göstərilən dəstəyi yüksək qiymətləndirir".

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya Prezidenti Azərbaycanda 300-dən çox məktəbdə tədrisin rus dilində aparıldığını da vurğulayıb.