Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Parisə yola düşüb.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərdə məqsəd Birinci Dünya müharibəsinin bitməsinin yüzillik mərasimi və Paris Sülh Forumunda iştirak etməkdir.