Mahir Hacı oğlu Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Leqal.info"nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, M.Quliyev Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısıdır və noyabrın 28-də 60 yaşı tamam olacaq. (Report)