Rusiyanın xarici işlər naziri Sergey Lavrov Münhendə keçirilən təhlükəsizlik konfransı çərçivəsində ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə ediblər.

Leqal.info “Report”a istinadən xəbər verir ki, məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb, ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinin artırılmasının vacibliyi vurğulanıb.