Azərbaycanla Rusiya hərbi sahədə güclü əlaqələrə malikdir

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Vətənin Müdafiəsi Günü ilə bağlı keçirilən tədbirdə deyib.

M.Boçarnikov Azərbaycanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahına rusiyalı həmkarları ilə əməkdaşlıqlarına görə minnətdarlığını bildirib:

"Hərbi sahədə möhkəm və güclü əlaqələrimiz var."

Səfir əlaqələrin möhkəmləndirilməsində hərbi diplomatiyanın mühüm rol oynadığını qeyd edib.