Rusiyanın xüsusi xidmət orqanları 2018-ci ildə xarici xüsusi xidmət orqanlarının 129 ştat əməkdaşının və 465 agentinin fəaliyyətini aşkarlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, xarici ölkələrin xüsusi xidmət orqanları Rusiyadakı proseslərə təsir göstərməyə çalışdı: “2018-ci ildə əks-kəşfiyyat məhsuldar fəaliyyət göstərib".