"Son illər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın hərbi gücü artıb. Dövlət başçısı şəhid ailələrinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra fərmanlar imzalayıb".

"Leqal.info" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi (SHXÇDX) Arzu Rəhimov deyib.

Onun sözlərinə görə, aprel döyüşləri Azərbaycan Ordusunun düşmən üzərində böyük qələbəsinin başlanğıcıdır: "Aprel zəfərində erməni xalqı böyük iflasa uğradığını gördü. Bu zəfər sübut etdi ki, Prezident İlham Əliyevin komandanlığı altında torpaqlarımızı hər an işğaldan azad etməyə hazırıq. Hələ bu zəfərlərin davamı qabaqdadır. Dövlət başçısı həmişə bildirib ki, Azərbaycan heç vaxt bir qarış torpağını belə güzəştə getməyəcək".