"Leqal.info" xəbər verir ki, bunu Baş Prokurorluğun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyev deyib.
O bildirib ki, Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə 12, 152-ci maddəsi ilə 40, 153-cü maddəsi ilə 5 cinayət işinin istintaqı aparılıb.
İdarənin rəis müavini qeyd edib ki, bu ilin birinci yarımilində ümumilikdə 38 cinayət işi üzrə istintaq tamamlanaraq məhkəmələrə göndərilib: "Həmin işlər üzrə bəraət hökmü olmayıb. Cinayət işləri üzrə 19 şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bütün bunlar Daxili İşlər Nazirliyi və prokurorluq orqanlarının apardığı istintaqla müəyyənləşən statistikadır".