Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Leqal.info”ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.
Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı onun Yasamal rayonu ərazisində evlərdən və avtomobillərdən oğurladığı 2 ədəd kombi, su qızdırıcı, 3 ədəd maqnitofon, monitor, 4 ədəd mobil telefon, mətbəx bıçağı aşkar edilərək götürülüb.