Paytaxtın Binəqədi rayonunun Vulkandağ ərazisi deyilən yerdə su problemi yaşanır

Bu barədə Binəqədi rayonunda DYP-nin alt hissəsi, 5ci məhəllə, Ev:0005, Mənzil: 0392 ünvanda yaşayan vətəndaş (adını naməlum istəyən) Leqal.info-ya müraciət edərək bildirib və saytımızın Whatsapp nömrəsinə bununla bağlı Video çəkib göndərib. Vətəndaş eyni zamanda bildirib ki, Binəqədi rayonu üzrə "Azərsu" ASC-nin rəsmisi evimdə su sayğacı ola-ola mənnən 500 manat məbləğində su çəkilişi üçün pul istəyir. Vətəndaşın qeyd etdiyi məbləğ barədə Video görüntü bir daha özünü sübut edəcək. Vətəndaş çəkiliş etdiyi videoda su problemi ilə yanaşı bir sıra sosial problemləri də qeyd edib. Odur ki, vətəndaşın göndərdiyi video ilə sizləri tanış edirik. Buyurun izləyin.

P.S. "AZƏRSU ASC"-nin sədri Qorxmaz müəllim görəsən qəsəbələrdəki su problemi nə vaxt həllini tapacaq.

P.P.S. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

VİDEO