Bakı Metropolitenində qatarların hərəkətində gecikmələr yaranıb.

Bu barədə Leqal.info-ya Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, “N. Nərimanov”- “Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş vermiş nasazlığa görə Metropoliten xətlərində qatarların hərəkətində gecikmələr olub:

"Bəzi qatarlarda intervaldan əlavə olaraq 2-3 dəqiqə gecikmə müşahidə olunub”.

B. Məmmədov həmçinin bildirib ki, bir neçə qatar isə qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edib.