“Növbəti həftələrdə yoluxma halının daha çox artacağını görə bilərik”.

Leqal.info-nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, belə bir hal proqnozlaşdırılır: “Bundan asılı olaraq bu proses ilin sonuna kimi davam edə bilər”.

Qeyd edək ki, ötən gün qəbul edilən qərara əsasən, xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada olacaq.