“Bağçalarda həm təhsil, həm də qayğı olmalıdır”.

Leqal.info-nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir bildirib ki, qayğının onlayn təmin edilməsi mümkün deyil: “Uşaq bağçalarında təhsilə fasilə davam edəcək, onlarda təhsilin bərpası mümkün görünmür”.

E. Əmrullayev əlavə edib ki, tətil davam etdiriləcək: “Bu məsələyə sonra baxılacaq, amma ən azı iki həftə belə davam edəcək”.