Leqal.info Fəaliyyət Planının 4-cü bəndinə əsasən onun uğurla həyata keçirilməsi üçün əlaqələndirici dövlət orqanı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Uşaqların müdafiəsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi üzrə İşçi Qrup”un yaradılması ilə bağlı Qərar qəbul edib. Qərara əsasən işçi qrup prioritet istiqamətlər üzrə tədbirlərin vaxtında və səmərəli icrasına məsul olacaqdır. İşçi qrupun tərkibinə müvafiq dövlət orqanlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin daxil edilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Fəaliyyət Planının monitorinqini və müntəzəm olaraq qiymətləndirilməsini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirəcəkdir. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, müvafiq prioritetlə bağlı gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır.