“Magistraturaya qəbul imtahanının fevralın 28-də keçirilməsi nəzərdə tutulub. Gələn həftə magistratura ilə bağlı elan dərc olunacaq”.

Leqal.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

O qeyd edib ki, fevralın 9-dan magistraturaya sənəd qəbulu başlayacaq: “Bu il biz birinci mərhələni iki dəfə keçirmək, tələbələrə iki şans vermək istəyirik”.