Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 483 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 458 922 nəfər müalicə olunaraq sağalıb, 6 525 nəfər vəfat edib, aktiv xəstə sayı 18455 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 484, ötən müddət ərzində isə ümumilikdə 4 859 015 test aparılıb.