AMEA-nın yeni prezidenti növbəti Ümumi Yığıncaqda seçiləcək.

"Leqal.info"nun xəbərinə görə, bunu akademik Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, seçkilər yaxın vaxtlarda keçiriləcək.

Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verib. Fevralın 19-da akademiyanın Ümumi Yığıncağı keçirilib. Toplantıda AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub.