Paytaxtda oğurluq halları tez-tez kameraların yaddaşına həkk olunur.

Sözügedən məsələ ilə bağlı zərərçəkən obyekt sahibi "Leqal.info"nun qaynar xəttinə zəng edərək başına gələnlər haqqında məlumat verib.

Bəzən hansısa marketdə, bəzənsə ticarət mərkəzində belə halların şahidi oluruq. Hətta sahibkarlar video görüntüləri ictimailəşdirmək belə şəxslərin əməlini ifşa edir. Amma nə fayda: biri ifşa edilir cəzalanır, başqa vaxt digəri fəaliyyətə başlayır. Və beləcə həyat davam edir. Amma belə şəxslər fürsəti əldən verməsələr də, hüquq-mühafizə orqanı əməkdaşları cinayətkarlara qarşı barışmaz mövqe sərgiləyirlər.
Bu dəfə belə hallardan biri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində yaşanıb. "Qəhrəman" oğurluq etməsə də, fırıldaq yolu ilə pul ələ keçirib. Belə ki, bir xanım dükanda gələrək satıcını aldadır və ona bildiri ki, yaxınlıqdakı "Gəncə təndiri"nin işçisidir, 50 manat ver, birazdan qaytaracaq. Həyətə qeyd edir ki, müdirin xəbəri var. Satıcının yeni işə qəbul olunduğundan istifadə edən xanım fırıldaqçı 50 manatı alıb və ərazidən uzaqlaşır.
Beləcə daha bir fırıldaq hadisəsi baş verir və bu, kameraların yaddaşına həkk olunur.

VİDEO