Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info- ya verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 793 min 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 442 nəfər müalicə olunaraq sağalıb, 9 min 717 nəfər vəfat edib. Aktiv xəstə sayı 212 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2117, bu günə qədər isə ümumilikdə 6 milyon 970 min 953 test icra olunub.