Böyük Britaniya-İsveç birgə müəssisəsi, koronavirus (COVID-19) pandemiyası ilə bağlı gündəmə gəlmiş əczaçılıq şirkəti “AstraZeneca” xərçəngin müalicəsi üçün dərman hazırlayan ABŞ şirkəti “TeneoTwo Inc”i alıb.


Leqal.info- nun məlumata görə, sövdələşmənin dəyəri 1 270 milyon ABŞ dollarıdır. Bunun 100 milyon dolları ilkin mərhələdə, qalan hissəsi isə tədricən ödəniləcək. Satınalmanın lazımi icazələr alındıqdan sonra bu ilin III rübündə başa çatdırılması gözlənilir. Bununla da, “AstraZeneca” hematoloji xərçəng əleyhinə müalicə məhsullarını genişləndirməyi hədəfləyir.