Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası keçiriləcək.

"Leqal.info" xəbər verir ki, aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Aksiyada həm bu ilin 6 ayının, həm də iyun ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.