Tbilisidə Tamar Mepe küçəsində yerləşən dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

Leqal.info-nun yerli bürosu xəbər verir ki, sakinlər təxliyə olunub.

Hadisə nəticəsində yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. Tüstüdən zəhərlənən 10-a yaxın şəxsə isə təcili tibbi yardım göstərilib.

Alov bir neçə mənzili və birinci mərtəbədə yerləşən kommersiya obyektlərini əhatə edib.

Yanğın artıq lokallaşdırılıb.

İlkin ehtimallara əsasən, hadisəyə qısa qapanma səbəb olub.