Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə birinci gəlişinin ildönümü münasibətilə tədbir keçirilib.

"Leqal.info" xəbər verir ki, tədbirdə nitq söyləyən Milli Məclisin deputatı Elnur Allahverdiyev Ulu Öndərin müxtəlif tarixi dövrlərdəki fəaliyyətindən danışıb.

Daha sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vurğulayıb ki, Ulu Öndərin 1969-1982-ci illəri əhatə edən birinci hakimiyyəti dövründə Azərbaycanda misilsiz işlər görüldü : Azərbaycan inkişaf etmiş sənaye respublikasına çevrildi. İnsanların həyat səviyyəsi sürətlə artdı və Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu.

İcra başçısı bildirib ki, o illərin digər mühüm nailiyyəti milli kadr hazırlığıdır. Minlərlə gənc Azərbaycanda və ondan kənarda ali məktəblərə daxil oldu. Naxçivanski adına hərbi məktəb açıldı.Məhz bu hərbi kadrlar sonradan Birinci və İkinci Qarabağ müharibələrində öndə gedən əsgərlərimiz oldu.

1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan yenidən müstəqillik qazandı. Amma erməni təcavüzü, iqtisadi böhran, daxili anarxiya müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan qurtardı.Məhz buna görə biz 15 iyunda Milli Qurtuluş gününü qeyd edirik.Bu gün Ümumilli Liderin siyasətini, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Prezidentin apardığı siyasət Azərbaycanı hər sahədə zəfərə aparır. Neçə ki, iki il öncə biz Qarabagda tarixi Zəfər qazandıq.

Tədbir bədii hissə ilə başa çatəb.