"Leqal.info" xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədovun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Neftçala rayon sakini Ələddin Qasımov, İsmayıllı rayon sakini İlqar Nuruyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: “Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.
Xidmət rəsmisi onu da qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Neftçala və Tovuz rayonları ərazisindən keçən hissəsindən ümumilikdə 1640 metr uzunluğunda sintetik tor yığışdırılıb.