Bu dəfəki məqaləmizdə nə ağacdan, nə bitkidən, nədə ki, floranin digər bir komponentindən bəhs etməyəcəyik.

Əslində könül istərdiki elə olsun. Amma təəssüflər olsun ki, bu səfər təbiətə qənim kəsilən cani ruhlu varlıqlardan söhbət açacağıq.

Leqal.info xəbər verir ki, 31 saylı poliklinikanın aşağısında profilaktoriya üzbəüz uşaqlığımın keçdiyi ərazilərdəki ağacları kəsib yerinə hündürmərtəbəli binalar tikiblər. Həm də ümummilli liderimiz cənab Heydər Əliyev şüarını heçə sayaraq, "Bir agac kəsən sanki mənim bir qolumu kəsmişdir" tam da belə buyurmuşdu. Vaxtında bu dahiyanə şəxsiyyət hərgah tikənlərin ya bu şüardan xəbərləri yoxdur ya da ki,özlərini qanundan yuxarı görürlər. Yaşayış gözəl şeydir. Pul qazanmaq da əladır. Amma pulu başqa bir canlının nəfəssiz qalması hesabına qazanmaq bax bu əsl barbarlıqdır. Başqa bir canlı bax bu ağacdır. Bəli oksigen mənbəyi, insanlığın dostu həyatın özüdür ağac.

Elvin Mahmudlu
Leqal.info