Qudurasan qurbağa. Bu dəfəki söhbətimiz qurbağalardan deyil, təbii ki gözü tox olmayan Uber, Bolt taksi xidməti ilə fəaliyyət göstərən sürücülərdir.

Leqal.info mövzu ilə əlaqədar müəyyən araşdırmalar aparıb.

Hətta dəyərdim ki, bəzilərinin hərəkəti artıq ilallah gətirib. Belə ki, redaksiyamıza əsəbi halda müraciət edən sakinin dediyinə görə o bir istiqamətdən digərinə sifariş verib lakin taksi sürücüsü hərəkət etmirmiş. Zəng vurulandan sonra sürücü arsız şəkildə bildirib ki, mən imtina etsəm reytinqim düşə bilər. Düşündüm ki, siz imtina edərsiniz. Bu sərnişin də ailəsiylə birlikdə blokun girişində soyuq havada geri qayıdaraq yenidən sifariş edib. Sizcə bu cür azğınçılığın kökündə nə dayanır? Ya harınlıq ya da ki, müştəri məmnuniyyəti. Bunların heç vecinə də deyil. Əziz Uber və Bolt taksi şirkəti sürücü seçəndə bir psixoloji yoxlanışdan keçirib seçərsəniz şad olarıq biz də digər ölkə sakinləri də. Eyni zamanda müştəri taksi sifariş edəndə bank kartı ilə sifariş edəndə endirimli qiymət yazır sistem, müştəri kart hesabındakı ödənişə əmin olub seçərkən şahid olur ki, endirimli qiymət olduğu kimi də endirimli qiymət deyil, sən demə süni qiymət endirimi kimi sistemə daxil olub.
Taksi şirkətlərində süni qiymət endirimi
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!

Elnurə Fərhadqızı
Leqal.info