Çılğın romantiklər yoxsa vaxtını keçirmiş aşiqlər, ya da ki, məmləkətin yaralı yeri olan gənc ailə qurmaq istəyində muradına gec çatanlar.

Leqal.info xəbər verir ki, bu dəfəki müsahibimiz mövcud sosial problemlərdən əziyyət çəkərək evlənməyə sözün əsl mənasında qorxan, çəkingənlik edən və risk etmək istəməyən xoşbəxt cütlükdən gedəcək.

Belə ki, bu cütlük düz 10 ildir ki, nişanlıdırlar, bir birlərini də dəli kimi sevdikləri gözlərindən qaynayır lakin bu işi bir məntiqi sonluqla tamamlaya bilmirlər. Bəs buna əngəl nədir, karyera, ailələrin uyğunsuzluğu və ya sonsuzluq??? təəssüflər. Olsun ki, heç biri söhbət gəncləri də öz ağuşuna almış maddiyyat adlı sıxıntıdan işsizlik adlı bəladan gedir. Ev əmlak bazarında da qiymətlər elə qoyulub ki, bilmirsən bunlar gənc ailələr üçün nəzərdə tutulub yaxud gənc milyonerlər üçün. Qiymətlər də həqiqətən əl yandıracaq səviyyədədir. Alınsa belə elə şərtlər qoyurlar ki, sualın cavabı da lətifə xarakterli alınır. Müsahibələrim dediyinə görə oğlanın əsaslı səbəbi kiminsə balasını alıb onun balasını da öz balasını da bədbəxt etmək istəməmək məramı qız isə istədiyi kimi bir həyatı yaşaya bilməyəcəyi qorxusu. İş də bu yerdə uzun bir dolaşığa düşüb ki, düyünü aça bilənə eşq olsun. İnşallah zaman gələr bu düyündə açılar.

Elnurə Fərhadqızı
Leqal.info