Bu gülünc başlığı görüb sanmayinki mövzu safaridəndir. Xeyr mövzu piyada keçidindən düzgün istifadəni bacarmayan bacarsa belə ərincəklik edən insancıqlardan gedir.

Leqal.info sözügedən mövzu ilə əlaqədar izləyiciləri məlumatlandırır.

Nəyə görə insancıq? Çünki belələri üçün digərinin həyatı zərrə qədər də əyninə deyil. Belə ki bir dəfə Bakı ətrafı qəsəbələrdən birində maşınla yolumu gedərkən keçiddən 10 metrə o yandan piyada keçidindən istifadə etmək istəyən piyadanı gördüm. Mən əgər professionallıq nümayiş elətdirməsəydim indi onun siması yolun digər tərəfində deyil qara mərmərdə də ola bilərdi. Hələ piyada keçidindən istifadə etməməyi azmış kimi üstümə elə cummaq istədiki dedim yəqin dövlət bu xətti bu asfalta səhvən çəkib əsl xətt qardaşın keçdiyi yerdədir yəqin. Hələ podiumdakı mankenlər kimi ləngər vuraraq keçən, maşın keçənə yaxın özünü piyada keçidinə atan varvarlardan danışmıram. Yaxşıki danışmıram yoxsa bu mövzuda da məni səhv çıxararlar. Burdan üzümü onlara tutub bunu demək istəyirəm ki, əziz piyadalar gəlin qayda qanuna tabe olaq, sosial məsuliyyətimizi dərk edək tək sizi yox biz sürücüləri də evində gözləyənlər var.
Yanlış döngə paytaxtın Qaraçuxur qəsəbəsində iki avtomobil bir biri ilə toqquşub. Belə ki, Prius markalı taksi avtomobili döngədə qarşıdan gələn avtomobilə yol verməyərək Hyundai Santafe markalı ciplə toqquşub. Hadisə yüngül xəsarətlə ötüşüb. Ölən və yaralanan yoxdur. Hadisə yerinə dərhal polis əməkdaşları gələrək vəziyyəti aktlaşdırıblar.

Elnurə Fərhadqızı
Leqal.info