Bu dəfə də müsahibimiz nə təsadüf Yeni Günəşli qəsəbəsindəndir. Onun gözü hər səhər yollara boylanır. Amma yar dalınca yox gündəlik ictimai nəqliyyat vasitəsi avtobus dalıyca.

Leqal.info mövzu ilə əlaqədar araşdırma apardığı məqaləni izləyicilərinə təqdim edir.

Hər gün 64 nömrəli avtobusun yolunu yar gözünü gözləyən aşiqlər kimi gözləyir amma yar gəlir bu zalim gəlmir ki, gəlmir. Belə ki, məsuliyyətsizlik və səriştəsizlik fonunda özünü göstərən interval bəlası bu yazığın da xirtdəyinə qılçıq olub keçmir. 5 dəqiqəlik intervalla hərəkət edən avtobusu tam 25 dəqiqə gözlədim deyir müsahibimiz. Bəs aradakı 5 maşrutu kim apardı, hara getdi, nə oldu deyimdə şeytan aldı götürdü gecikdirdi gətirdi.

P.S. Əziz sürücülər camaatın əsəbləriylə oynamayın lütfən.

Elvin Mahmudlu
Leqal.info