Məhz dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı rayonda fındıqçılıqın geniş inkişafına təkan verib. Hazırda rayonda 10 min 536 -hektar fındıq bağı var.

Leqal.info xəbər verir ki, Xaçmazda findiqçılıqın əsası hələ keçmiş sovetlər dönəmində qoyulub. O, dövrdə rayonda fındıq əsasən evlərin həyətyanı sahəsində əkilib. Ölkəmiz müstəqilik əldə etdikdən və torpaq islahatı aparıldıdan sonra rayonda yeni fındıq bağlarının salınmasına başlanılıb. 2016-cı ildə isə ölkə rəhbərinin Xaçmaza səfəri zamanı fındıqçılıqın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri bu sahənin daha da inkişaf etdirilməsinə təkan verib. Həmin vaxtdan indiyədək rayonda 6336 hektar yeni fındıq bağı salınıb. Bununla da Xaçmazda fındıq bağlarının sahəsi 4200 hektardan - 10536 hektara çatdırılıb. Növbəti illərdə bu rəqəmin daha da artacağı gözlənilir. Qeyd edək ki, rayonda mövcud 10536 hektar fındıq bağlarından 6602 hektarı bar verəndir.
2022-ci ildə Xaçmazda həmin bağlardan 7600 ton fındıq tədarük olunub. Mütəxəssislərin proqnozuna görə, yeni bağların salınması və onların bara düşməsi nəticəsində növbəti illərdə bu göstərici daha da artacaq.
Xaçmazda son illər fındıqçılığa maraq xeyli artıbXaçmazda son illər fındıqçılığa maraq xeyli artıbXaçmazda son illər fındıqçılığa maraq xeyli artıbXaçmazda son illər fındıqçılığa maraq xeyli artıbXaçmazda son illər fındıqçılığa maraq xeyli artıbXaçmazda son illər fındıqçılığa maraq xeyli artıbXaçmazda son illər fındıqçılığa maraq xeyli artıbXaçmazda son illər fındıqçılığa maraq xeyli artıbXaçmazda son illər fındıqçılığa maraq xeyli artıbXaçmazda son illər fındıqçılığa maraq xeyli artıb
Yusif Mahmudov
Leqal.info