Bakı Dövlət Universitetində 2 yeni şöbə yaradılıb.

Leqal.info xəbər verir ki, hal-hazırda universitetin tədris və elmi fəaliyyətin səmərəliliyin artırılması, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə bir sıra struktur islahatları keçirilir.
Sözügedən islahatlara əsasən Magistratura və doktorantura şöbəsi ləğv olunub. Onun bazasında Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzində Doktorantura şöbəsi və Tədrisin təşkili və idarə olunması Mərkəzində Magistratura şöbəsi yaradılıb.
Bununla bağlı BDU Elmi Şurasında qərar qəbul olunub. Yeni şöbələrin yaradılmasında məqsəd BDU-da magistratura və doktoranturta təhsilinin keyfiyyətini daha da artırmaqdır.
Leyla Kamil
Leqal.info