Respublikada koronavirus (COVİD-19) infeksiyasına 46 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Leqal.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi məlumata görə, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda hazırda aktiv xəstə sayı 427 nəfərdir.
Ölkədə son sutka ərzində 2114, hazırkı dövrədək isə 7 466 384 testin aparıldığı məlumdur.
Elvin Mahmudlu
Leqal.info