“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.

Leqal.info xəbər verir ki, Qanun qəbul edilərsə, 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək.
Yanvarın 23-də parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək qanun layihəsi, həmçinin fevralın 1-də Milli Məclisin yaz sessiyası ərəfəsində baş tutacaq birinci iclasının gündəliyində yer alacaq.
Elvin Mahmudlu
Leqal.info