Hacıqabul rayonunun Meyniman kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

Leqal.info xəbər verir ki, “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər həyatını itirib, 5 nəfər – 1974-cü il təvəllüdlü Əliyeva Sevda Rafiq qızı, 2001-ci il təvəllüdlü Qəfərli Elşən Mais oğlu, 2005-ci il təvəllüdlü Əliyeva Gülbacı Mübariz qızı, Əliyev Mübariz Ocaqqulu oğlu və Əliyev İbad Ariz oğlu xəsarət alıb.
Xəsarət alanların Şirvan xəstəxanasına yerləşdirildiyi bildirilir.
Sözügedən faktla bağlı araşdırma aparılır.
Elnurə Fərhadqızı
Leqal.info