“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin müdir müavini Kamilə Əliyeva “Fərqli Fərdlər” konqresində işğaldan azad edilmiş 3 rayonda- Laçın, Füzuli və Zəngilanda bu il icma resurs və ailə mərkəzlərinin təsis edilməsinin nəzərdə tutulduğunu deyib.
Sözügedən mərkəzlərdə autizm, daun sindromu və başqa xəstəliklərdən əziyyət çəkən uşaqlara müvafiq yardımlar göstəriləcəyi Kamilə Əliyeva tərəfindən bildirilib.
“Həmçinin anadangəlmə qüsurlu uşaqların qarşısının alınması ilə sağlam ailənin təməlinin qoyulması istiqamətində də tədbirlər həyata keçirilir. Bu il ölkədə qohum evliliyi üzrə vəziyyətin öyrənilməsi, habelə tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, eləcə də uşaq nikahlarının aşkarlanması mövzusunda təhlillər hazırlanır”.

Leyla Kamil
Leqal.info