Leqal.info xəbər verir ki, bu gün Səyyad Salahlının təşəbbüsü, Dünyagöz Xəstəxanasının rəhbərliyinin dəstəyi ilə 1-ci qrup gözdən əlil qardaşların qəbulu və müayinəsi aparılıb.
Dünyagöz Xəstəxanasının peşəkar həkimləri tərəfindən qardaşlardan ikisinin göz əməliyyatı həyata keçirilib. Digərinin əməliyyatı isə bir neçə gün sonra baş tutacaq.
Deputat göstərdikləri yüksək diqqətə görə Dünyagöz Xəstəxanasının direktoru Soner Kayaya və həkim heyətinə təşəkkürünü bildirib.




Leqal.info