Leqal.info xəbər verir ki, deputat şəhidimizin 4 övladı Rasim, Nilay, Nuray və Ayana xoş günlər, can sağlığı və firəvan həyat arzulayıb. Onların dərsləri, gələcəkdə hansı peşəni seçəcəkləri ilə maraqlanıb. Bildirib ki, onlar hər zaman qəhrəman ataları ilə fəxr edə bilərlər.
Qeyd edək ki, Asim Abbasov İmişli rayonunun Hacırüstəmli kəndində doğulub boya başa çatıb. 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsində xüsusi şücaət göstərərək düşmənə qan uddurub və şəhidlik zirvəsinə yüksəlib.
Bütün şəhidlərimizin ruhu şad olsun.




Leqal.info