Bir millət Millət kimi var olduğunu subut etməsi üçün öz dəyərdəyərlərinə hörmətlə yanaşmalıdır.

Bu gün Azərbaycanda öz soy kökünə hörmətsizlik edənlər unudur ki, özləri ilə yanaşı digər soy köklərədə həqarət etmiş olurlar. Atalar demişkən “qurunun oduna yaşda yanır”.
Mirzə Ələkbər Sabirin sözləri yadda salsaq “ Millət necə tarac olur olsun nə işim var. Düşmənlərə möhtac olur olsun nə işim var” deyimi ilə bizdə bu məsələ biganə yanaşaraq soy kökümüzə layiq olmadığımızı nümayiş etdirmiş olardıq. Amma Mirzədə sözlərini əbəs deməmişdi. O, da bilirdi ki, düşmənin sapı özümüzdən olması bizim bu günə qədər torpaqlarımızın işğalda qalmasına səbəbiyyət vermişdir. Ordumuz səngərlərdə, jurnalistlərimiz isə sosial şəbəkələrdə informasiya savaşında işğal edilmiş torpaqlarımızın azadlığına çalışmaqdadır.
Əyləncə mərkəzində Azərbaycan xalqının dəyərlərinə hörmətsizlik edildi
Xalqın zirvələrə qaldırdığı şəxsi qaldırdığı kimidə endirməyi də bacardığını unutmamaq lazımdır. Odur ki, Türk xalqının iradəsi qarşısında hətta Ö.Dəniz səhvini anlayaraq dəfələrlə üzür istəməsi bunun bariz nümunəsi oldu. Türk kinosunda Rəcəb İvedik filmində Azərbaycanla bağlı işlətdiyi ifadənin səhvliyini anlamış olan rejissor rəsmi media qurumları vasitəsi ilə Azərbaycan xalqından üzür istəmişdir. O baxımdan Özcan Dəniz züm-zümə etdiyi erməni mahnısı üçün bir tək Azərbaycan xalqından deyil qocaman Türk dünyasından üzür istədi. Öz səhfini anlayan sənətçi yenidən sevilməyə və baş tacı olmaq haqqını qazandı.
Bu gün çox Əyləncə məkanlarında mənasını bilmədiyimiz kim tərəfindən yazıldığı bilinməyən musiqilərin sədası altında bildik bilmədik rəqs etmə vərdişinə yiyələnmişik.
Daxilimizdə olan mənfur işbazlara isə gözün üstə qaşın var deyə bilmirik. NİYƏ? Buna səbəb nədir? Bu şəxslər necə arxayın düşüblər ki bunlara bu gün heç bir söz deyə bilmirik...? Bu şəxslər kimdir və kimlərə arxayın olaraq Azərbaycan torpaqlarında erməni musiqisi ilə xalqımızı şənləndirmək əvəzinə nə yazıq ki, əksinə erməni musiqisinin sədaları altında gəncliyimizi zəhərləməkdədirlər. Qardaş ölkə bizim verdiyimiz təpkilərdən səhvini başa düşərək Azərbaycan xalqından dəfələrlə üzr istədi. Amma daxilimizdəki bu şəxslər nə üzürləri nə də ölkə rəhbərinin Qarabağ dərdi ilə yanan xalqına qarşı atığı siyasi addımları görəcək qədər gözlərini açmamaqdadırlar. O qədər pul bunları özündən asılı salıb ki, bunlar artıq ölkə maraqlarına quluq etməyi belə unudublar.

BakuNews.Az-ın apardığı araşdırmalardan məlum olub ki, yuxarıda adı çəkilən əyləncə mərkəzi hər gecə erməni bəstəkarının bəstələdiyi və ifa etdiyi musiqini digər musiqiçilərin ifasında Azərbaycan torpağında azərbaycanlılara təqdim edilməkdədir. Həmin musiqi sədaları altında isə azərbaycan gənclərinin əylənməsinə rəvac verməkdədir. Restoranın sahibinin kim olduğunu öyrənə bilməsəkdə əyləncə mərkəzinin sosial səhifəsində artıq bu roliklərin qoyulduğu və paylaşıldığı realıqdır.
Əyləncə mərkəzində Azərbaycan xalqının dəyərlərinə hörmətsizlik edildi
ELDORADO-MƏRDƏKAN adlı bu restoran artıq Azərbaycan xalqının 25 illik saxladığı matəmə hörmətsizliyi ilə yaddaşlarda qaldı.

Bu gün sosial şəbəkədə Eldorado-Mərdəkan restoranının erməni bəstəkarı Arsen Petrosovun bəstələdiyi "Kayfuyem" musiqisini hər gün səsləndirərək, Azərbaycan gənclərinin bu musiqi sədaları altında rəqs etməsinə şərait yaratmaq, hansı məqsədlərdən xəbər verməkdədir. Bu xalq neçə-neçə oğulları Qarabağın azadlığı uğrunda canından keçdiyi dövrdə bu kimi obyekt sahibləri isə ermənilərin bəstələdiyi musiqilərin təbliğatı ilə özlərinə milyonlar qazanmaq və erməni pərəstliklərini nümayiş etdirməkdədirlər..desək yanılmarıq. Zəhramızın qanı hələdə torpağın üzərində onun siması isə gözlərimizin önündədir. Zəhranın öldürülməsinə dünya etiraz etdiyi bu vaxtlarda ELDORADO-MƏRDƏKAN öz sosial səhifəsində bu cür roliklərini paylaşaraq, Zəhranın məzarına edilən hörmətsizlik məhz sapı özümüzdən olan düşmən mövqeylilərə xasdır.

Restoranın bu atdığı addımların nəyə xidmət etməsi isə hələdə bizlərə qaranlıq olaraq qalır.

Mövzu diqqətimizdədir

Leqal.info

Həmin restoranın 18 saat əvvəl yüklədiyi video roliki sizlərə təqdim edirik:
httpss://www.facebook.com/BakuNews.Tv/videos/239887419866893/