Bakıda dənizdə boğulma hadisəsi baş verib.

Leqal.info Lent.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Pirşağı qəsəbəsindəki çimərlikdə Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Əliyev Əli Akif oğlu dənizdə olarkən boğularaq ölüb.

Ə.Əliyev Azərbaycan Tibb Universitetinin 6-cı kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.