Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə yerinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 200-dən artıq əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri və xüsusi texnikası cəlb olunub.
"Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-nin əməkdaşları fədakarlıq göstərərək bütün mümkün olan vasitələrdən istifadə edirlər. Çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək alovu zolağın üstündən ataraq yanğını daha geniş ərazilərə yayır", - deyə qurumun məlumatında vurğulanıb.
Nazirlikdən o da bildirilib ki, Oğuz rayonunun Xaçmaz meşəbəyliyində, Qəbələ rayonu ilə həmsərhəd istiqamətdə baş vermiş yanğını isə lokallaşdırmaq mümkün olub, ilkin müşahidələrə görə yanğın zamanı təxminən 50 hektar ərazidə kol-kos və bir qism ağac yanıb.
Leqal.info