Ucarda piyadanın ağır xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün şəhər ərazisində qeydə alınıb.

Ucar rayon sakini, 1992-ci il təvəllüdlü Rüstəm Mahir oğlu Ağayev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən rayon sakini, 1956-cı il təvəllüdlü Bənövşə Baba qızı Şirinovanı vurub.

Ağır xəsarət alan B. Şirinova Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Leqal.info