Şamaxıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun üzümçülük müəssisəsinin ərazisində ümumi sahəsi 189 m2 olan soyuducu anbarın yanar konstruksiyaları 56 m2 sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.