Bu gündən etibarən hər il keçirilən ənənəvi bal yarmarkasına start verilib. Leqal.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən illərdən fərqli olaraq bu dəfə yarmarkanın Tofiq Bəhramov stadionunda, yəni açıq havada təşkil olunması havalara görə açılış gününün bir qədər yubanmasına səbəb olub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, sərgi oktyabrın 30-a qədər davam edəcək. Həmçinin ayın sonuna qədər arıçılar öz məhsullarını xüsusi anbarlara təhvil veriblər:

"Qida Təhlükəsizliyi Agentliyi ilə birgə bal yarmarkasına təqdim edilən məhsulların analizini aparmışıq. Bu günə qədər təqdim edilən 150 ton məhsuldan 30 tona yaxın bal keyfiyyətsiz olaraq müəyyən edilib. Yarmarkada ancaq keyfiyyətli balın satışı təmin edilib. Yararsız bal məhsulları isə xüsusi anbarda saxlanılır".

Bundan başqa, cari ildə arıçı balın satışına satıcılar da cəlb edə bilib:

"Yarmarkada 371 arıçı iştirak edir.

Bu günə qədər arıçılardan yığılan vəsaitin hara xərcləndiyini bilmirdik. Bu il həmin vəsaitə görə hesabat olacaq. Çadırlar qurulub, yarmarka üçün hər bir hazırlıq görülüb".

Nazirlik nümayəndəsi son olaraq vətəndaşlara xəbərdarlıq edib. Bildirib ki, alıcılar stadionun kənarında satılan hallardan uzaq dursun. O, keyfiyyətsiz baldır.
Bal almaq istəyənlərin nəzərinə
Bal almaq istəyənlərin nəzərinə
Bal almaq istəyənlərin nəzərinə
Bal almaq istəyənlərin nəzərinə