Azərbaycanda məhkəmə hakiminin maddi təminatı əhəmiyyətli dərəcədə artırılacaq.

"Leqal.info"nun məlumatına görə, bu, Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanda öz əksini tapıb.

Fərmanda qeyd edilib ki, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatı əhəmiyyətli dərəcədə artırılmalıdır.