Ağdamdan olan məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi toyuna dəvət edib.

“Leqal.info” xəbər verir ki, R.Rzayev aprelin 10-da yanğın baş verən Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məkunlaşdığı korpusuna baş çəkib, sakinlərlə söhbət edib.

Orada məskunlaşan Ağdam rayonundan olan məcburi köçkün, 1999-cu il təvəllüdlü Paşayev Coşqun Yaşar oğlu Dövlət Komitəsinin sədrini toyuna dəvət edib.

"Yaxın günlərdə toy mərasimim baş tutacaq. Sizi toya dəvət edirəm", - məcburi köçkün deyib.

R.Rzayevin dəvətə reaksiyası belə olub: "Toyuna çağır gəlim iştirak edim, mən səndən dəvətnamə gözləyəcəm".
Məcburi köçkün "Qaçqınkom" sədrini toyuna dəvət edib